Git 🌙
Chapters ▾ 2nd Edition

A3.9 Appendix C: Git Əmrləri - E-poçt

E-poçt

Git özü də daxil olmaqla bir çox Git layihəsi tamamilə poçt siyahıları üzərində aparılır. Git, asanlıqla e-poçtla göndərə biləcəyiniz patch-lar yaratmaqdan bir e-poçt qutusundan bu patch-arı tətbiq etməyə qədər bu prosesi asanlaşdırmağa kömək edən bir sıra alətlərə malikdir.

git apply

git apply əmri, git diff və ya hətta GNU diff əmri ilə yaradılan patch-ı tətbiq edir. Bu, patch əmrinin bir neçə kiçik fərqlə edə biləcəyinə bənzəyir.

Bunu istifadə edə biləcəyinizi və bunu edə biləcəyiniz şərtləri Elektron Poçtdan Patch’ların Tətbiq Olunması-də əhatə etmişik.

git am

git am əmri, e-poçt gələnlər qutusundan, xüsusən mbox formatlı olan patch-ları tətbiq etmək üçün istifadə olunur. Bu e-poçt üzərindən patch-lar almaq və onları asanlıqla layihənizə tətbiq etmək üçün faydalıdır.

Patch’ı am ilə Tətbiq Etmək-də git am ətrafında istifadə və iş axınını --resolved, -i-3 seçimlərindən istifadə etməklə əhatə etdik.

Ayrıca, git am ətrafında iş axınında kömək etmək üçün istifadə edə biləcəyiniz bir çox hooks var və hamısı E-poçt İş Axını Hook’ları-da əhatə olunmuşdur.

Bundan əlavə, E-poçt Bildirişləri-də patch formatlı GitHub Pull Request dəyişikliklərini tətbiq etmək üçün istifadə edirik.

git format-patch

git format-patch əmri, düzgün şəkildə formatlanmış poçt siyahısına göndərmək üçün istifadə edə biləcəyiniz mbox formatında bir sıra patch-lar yaratmaq üçün istifadə olunur.

E-poçt Üzərindən Public Layihə-da git format-patch alətindən istifadə edərək bir layihəyə töhfə vermə nümunəsindən keçirik.

git imap-send

git imap-send əmri git format-patch ilə yaradılan bir poçt qutusunu bir IMAP draft qovluğuna yükləyir.

E-poçt Üzərindən Public Layihə-də git imap-send vasitəsi ilə patch-lar göndərərək bir layihəyə töhfə vermə nümunəsini nəzərdən keçiririk.

git send-email

git send-email əmri e-poçt üzərindən git format-patch ilə yaradılan patch-ları göndərmək üçün istifadə olunur.

E-poçt Üzərindən Public Layihə-də git send-email vasitəsi ilə patch-lar göndərərək bir layihəyə töhfə vermək nümunəsini əhatə edirik.

git request-pull

git request-pull əmri sadəcə birinə e-poçt göndərmək üçün nümunə mesaj gövdəsi yaratmaq üçün istifadə olunur. Bir ümumi serverdə bir branch-ınız varsa və kiməsə bu dəyişiklikləri e-poçt üzərindən göndərmədən necə birləşdirəcəyini bildirmək istəyirsinizsə, bu əmri işə sala və nəticəni dəyişiklikləri pull etmək istədiyiniz şəxsə göndərə bilərsiniz.

Forked Public Layihəsi içərisində bir pull mesajı yaratmaq üçün git request-pull istifadə qaydalarını nümayiş etdiririk.

scroll-to-top