Git 🌙
Chapters ▾ 2nd Edition

4.3 Server’də Git - Sizin öz SSH Public Key’nizi yaratmaq

Sizin öz SSH Public Key’nizi yaratmaq

Bir çox Git serverləri SSH public keysdən istifadə edərək identifikasiya edirlər. Əvvəlcə public key yaratmaq üçün hər bir istifadəçi əgər yoxdursa, birini yaratmalıdır. Bu prosess bütün əməliyyat sistemlərinə bənzərdir. Əvvəlcə, özünüzdə key olmadığına əmin olmaq üçün yoxlamaq lazımdır. Standart olaraq istifadəçinin SSH keysi həmin istifadəçinin ~/.ssh qovluğunda saxlanılır. Siz həmin qovluğa gedərək və contentləri sıralayaraq artıq açarınızın olub olmadığını yoxlaya bilərsiniz.

$ cd ~/.ssh
$ ls
authorized_keys2  id_dsa       known_hosts
config            id_dsa.pub

Siz adı id_dsa və ya id_rsa`olan bir neçə fayl və sonu `.pub ilə bitən eyni fayl axtarırsınız. .pub faylı sizin public keynizdir, digər fayl isə ona uyğun private keynizdir. Əgər sizdə bu fayllar (və ya hətta .ssh qovluğu belə) yoxdursa, siz onu Git for Windowsla gələn Linux/MacOs sistemlərində SSH paketi ilə təmin olunan ssh-keygen proqramında yarada bilərsiniz.

$ ssh-keygen -o
Generating public/private rsa key pair.
Enter file in which to save the key (/home/schacon/.ssh/id_rsa):
Created directory '/home/schacon/.ssh'.
Enter passphrase (empty for no passphrase):
Enter same passphrase again:
Your identification has been saved in /home/schacon/.ssh/id_rsa.
Your public key has been saved in /home/schacon/.ssh/id_rsa.pub.
The key fingerprint is:
d0:82:24:8e:d7:f1:bb:9b:33:53:96:93:49:da:9b:e3 schacon@mylaptop.local

Əvvəlcə o açarı harada yadda saxlamaq istədiyinizi təsdiqləyir (.ssh/id_rsa), daha sonra iki dəfə parol tələb edir və əgər açar istifadə edərkən parol yazmaq istəmirsinizsə boş saxlaya bilərsiniz. Lakin, açar istifadə edirsinizsə -o seçimi əlavə etdiyinizdən əmin olun; bu private key’i standart formatdan fərqli olaraq güc tətbiqi parol qırmalarına qarşı daha davamlıdır. Siz həmçinin ssh-agent vasitəsilə hər dəfə parol daxil etmənin qarşısını ala bilərsiniz. İndi hər bir istifadəçi public key-ni sizə və ya Git serverini idarə edən kimdirsə, ( fərz edək ki, siz public keys tələb edən SSH server sistemindən istifadə edirsiniz) ona göndərməlidir. Onların etməli olduqları sadəcə .pub fayl contentini kopyalayıb mail atmaqdır. Public keys görünüşü belədir:

$ cat ~/.ssh/id_rsa.pub
ssh-rsa AAAAB3NzaC1yc2EAAAABIwAAAQEAklOUpkDHrfHY17SbrmTIpNLTGK9Tjom/BWDSU
GPl+nafzlHDTYW7hdI4yZ5ew18JH4JW9jbhUFrviQzM7xlELEVf4h9lFX5QVkbPppSwg0cda3
Pbv7kOdJ/MTyBlWXFCR+HAo3FXRitBqxiX1nKhXpHAZsMciLq8V6RjsNAQwdsdMFvSlVK/7XA
t3FaoJoAsncM1Q9x5+3V0Ww68/eIFmb1zuUFljQJKprrX88XypNDvjYNby6vw/Pb0rwert/En
mZ+AW4OZPnTPI89ZPmVMLuayrD2cE86Z/il8b+gw3r3+1nKatmIkjn2so1d01QraTlMqVSsbx
NrRFi9wrf+M7Q== schacon@mylaptop.local

Çoxsaylı əməliyyat sistemlərində SSH açarları yaratmaqda daha dərin məlumay üçüb SSH açarlarının GitHub bələdçisinə baxın https://help.github.com/articles/generating-ssh-keys.

scroll-to-top