Git 🌙
Chapters ▾ 2nd Edition

A3.6 Appendix C: Git Əmrləri - Yoxlama və Müqayisə

Yoxlama və Müqayisə

git show

git show əmri bir Git obyektini sadə və insan tərəfindən oxunaqlı bir şəkildə göstərə bilər. Normalda bunu bir etiket və ya commit barədə məlumat göstərmək üçün istifadə edərdiniz.

Əvvəlcə Əlavə Etiketlər-də izahatlı etiket məlumatlarını göstərmək üçün istifadə edirik.

Daha sonra bunu müxtəlif revizyon seçimlərimizi həll etdiyimiz commit-ləri göstərmək üçün Reviziya Seçimi bölməsində bir az istifadə edirik.

git show ilə etdiyimiz daha maraqlı şeylərdən biri Manual Faylı Yenidən Birləşdirmə birləşmə kofilikti zamanı müxtəlif mərhələlərin spesifik fayl məzmunlarını çıxarmaqd;r.

git shortlog

git shortlog əmri,git log nəticəsini ümumiləşdirmək üçün istifadə olunur. git log əmrinin yerinə yetirəcəyi eyni variantlardan çoxunu alacaqdır, lakin bütün commit-ləri sadalamaq əvəzinə müəllif tərəfindən qruplaşdırılan commit-lərin xülasəsi təqdim ediləcək.

Qısa Yol-da gözəl bir dəyişiklik tarixi yaratmaq üçün necə istifadə edəcəyimizi göstərdik.

git describe

git describe əmri, commit-i həll edən və bir qədər insan tərəfindən oxunaqlı və dəyişməyəcək bir string istehsal edən hər şeyi almaq üçün istifadə olunur.

Bu commit SHA-1 qədər birmənalı, lakin daha başa düşülən bir commit-in təsvirini almaq üçün bir yoldur.

Bir Build Nömrəsi YaratmaqBuraxılış Hazırlamaq-də git describe-dən istifadə edərək buraxılış sənədimizə ad vermək üçün bir sətir əldə edirik.

scroll-to-top